Risklərin idarə edilməsi departamentinin Bazar riskləri və risk hesabatlığı şöbəsinin aparıcı mütəxəssisi
Müraciət etÜmumi məlumat
- Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün
standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan
istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək
istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi
var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona
yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin
həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun
bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq.
Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də
ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və
ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin
gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və
ambisiyalı şəxslərin axtarışındayıq.
- Rol haqqında
Kapital Bakın
investisiya portfelinin monitorinqini həyata keçirəcək, qiymətli kağızlar
portfeli üzrə risk təhlilləri aparacaq və riskləri qiymətləndirəcək, bazar və
likvidlik riskləri üzrə təhlillərin dərinləşdirilməsi üzrə beynəlxalq təcrübəyə
uyğun risk alətləri təklif edəcək, habelə qeyd olunan risklər üzrə risk
hesabatların hazırlanmasında iştirak edəcək namizəd axtarırıq
Öhdəliklər
- Öhdəliklər
·
Bazar və likvidlik riskləri üzrə təhlillər aparmaq;
·
Yerli və xarici qiymətli kağızlar və pul bazarları
üzrə risk təhlilləri aparmaq, riskləri qiymətləndirmək;
·
Bankın yeni yerləşdirmələrinin bankdaxili qiymətli
kağızlara investisiya siyasəti və prosedurlara, risk limitlərinə, habelə
requlyativ norma və limitlərə uyğun aparılmasına nəzarət etmək;
·
Riskə məruz dəyər, durasiya, həssaslıq təhlili kimi
alətlər ilə bazar riskini ölçmək;
·
Faiz dərəcəsi riskini qiymətləndirmək və modellərin
yenilənməsində iştirak etmək;
·
Risk menecment alətlərindən istifadə edərək
investisiya portfelinin təhlil edilməsinə dair təkliflər vermək;
·
LCR, NSFR, ani likvidlik göstəriciləri hesablamaq,
ödəniş müddətlərinin bölgüsü və likvidlik qəpi kimi təhlillər aparmaq;
·
Təhlillərin dərinləşdirilməsi və təkmilləşdirilməsi
məqsədilə qabaqcıl təcrübəni araşdırmaq.
Tələblər
Sizin barənizdə:
·
Analitik düşünmə və operativ qərarvermə
qabiliyyətinə malik olmaq;
·
Praktiki Excel bacarıqlarına sahib olmaq;
·
SQL və ya Python-da proqramlaşdırma təcrübəsinə
malik olmaq;
·
Tableau və ya Power BI-da işləmək
bacarıqlarına sahib olmaq;
·
CFA və ya FRM sertifikatlarına sahib olmaq
üstünlüyünüzdür;
· İngilis dili biliklərinizin olması mütləqdir, rus dili bilikləriniz üstünlüyünüzdür.
- İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı
əsas mərhələlərdə həyata keçir:
● CV
yoxlanışı
● Müsahibə
● Yekun
müsahibə
- Bizimlə işləməyin üstünlükləri
● Biz müştərilərimizə dəyər verir və onların
ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi
sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar
inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və
geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● İş modeli: Hibrid.
● Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər
bir şəraiti olan ofisimiz var.
● Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss
etdiyi geyimdə gəlirlər.