Problemli kreditlərin ilkin təqibi departamentinin Təhlil və dəstək şöbəsinin Təhlil bölməsinin mütəxəssisi

Müraciət et

Ümumi məlumat

Bank haqqında:

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır. Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək  enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

 Rol haqqında:

Kapital Bankın problemli kreditlərin ilkin təqibi departamentinin təhlil bölməsinin data əsasında hesabatlarının hazırlanmasını həyata keçirmək, müqayisəli təhlillər aparmaq və hesabatların avtomatlaşdırılması üçün namizəd axtarırıq. Data əsasında müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

Bizimlə işləməyin üstünlükləri:

●       Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.

●       Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.

●       Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

●       Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

●       Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

●       Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

●       Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Öhdəliklər

·        Departamentə aid hesabatların hazırlanması və təhlil edilməsi;

·        Hesabatların avtomatlaşdırılması;

·        Yeni SQL sorğuların yazılması və optimallaşdırılması;

·        Müqayisəli təhlillərin aparılması.

Tələblər

  •  Texniki bacarığı: SQL,Excel,data analitikası üzrə yüksək səviyyədə biliklər mütləqdir. 
  • Peşəkar sertifikatlar: SQL,Excel və ya ekvivalent data analitikası üzrə sertifikatın olması arzu olunandır.
  • Sahə üzrə iş təcrübəsi: Minimum 1 illik təcrübəyə malik olmaq (Bank sahəsində olması arzuolunandır)
  • Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı,ingilis,rus dillərini bilmək isə arzu olunandır.
  • Digər səriştələr: Analitik düşüncə tərzi və komanda daxilində iş bacarığı mütləqdir.

 

Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Risk
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
30 Dec
Yer
Bakı, Azərbaycan