İnformasiya Təhlükəsizliyi Sistemlərinin İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi
Müraciət etÜmumi məlumat
- Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün
standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan
istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək
istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi
var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona
yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin
gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin
axtarışındayıq.
Öhdəliklər
- Bank sirri xarakterini daşıyan məlumatların kənara sızılmasının və bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə İnformasiya təhlükəsizlik sistemlərinin qurulması, sazlanması və monitorinq edilməsi;
- Təhlükəsizlik sistemlərinin quraşdırılması üçün tələblərin hazırlanması və uyğunluğunun yoxlanılması;
- Səlahiyyətli istifadəçilərin qoşulmalarının PAM üzərindən tətbiq edilməsi;
- Sistem və şəbəkənin təhlükəsizliyi üçün həllər tətbiq və təqdim edilməsi;
- NGFW, WAF, NAC sistemlərinin qurulması, optimizasıyası və idarə edilməsi;
- Məlumat sızmasının qarşısının alınması sistemlərinin (DLP) sazlanması, idarə edilməsi.
Tələblər
Təhsil və biliklər:
- Təhsil: İnformasiya Texnologiyaları, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsinə sahib olmaq
- İnformasiya Təhlükəsizliyi üzrə beynəlxalq standartlar barədə məlumatlı olmaq
- Wireless Security,FIM, MDM haqqında məlumatlı olmaq
- Sertifikat: CompTIA Security+,CCNA Security, SSCP və security istiqamətində sertifikatların olması arzuolunandır
- Scripting və automation biliyi arzuolunandır
- Yaxşı səviyyədə rus və ya ingilis dili biliyi arzuolunandır.
İş təcrübəsi:
- İnformasiya Təhlükəsizliyi üzrə minimum 2 il iş təcrübəsi
- Şəbəkə təhlükəsizliyi (NGFW,IPS/IDS, VPNs, WAF, NAC,) üzrə təcrübəyə malik olmaq
- Sistem təhlükəsizliyi (Windows\ Linux security, Endpoint Security, MFA) üzrə təcrübəyə malik olmaq
- Təhlükəsizlik sistemləri (PAM, DLP, Email security gateway və s.) administrasiyası üzrə təcrübəli olmaq
İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
- CV yoxlanışı
- Müsahibə
- Yekun müsahibə
Bizimlə işləməyin üstünlükləri
- Biz müştərilərimizə dəyər verir və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
- Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
- Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
- İş modeli: Hibrid.
- Ofis: Rəngarəng, maraqlı və rahat işləmək üçün hər bir şəraiti olan ofisimiz var.
- Sərbəst geyim: İşçilərimiz ofisə özünü rahat hiss etdiyi geyimdə gəlirlər.
Namizədlər üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.
https://hr.kapitalbank.az/home/allvacancies