Sahə
Hüquq
Məşğulluq Növü
Tam iş günü
İş imkanı
Ofis işi
Son müraciət tarixi
31 Dec
Yer
Bakı ş.
Müraciət et

Ümumi məlumat

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz  müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.


Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək  enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.



Rol haqqında

 

Müştəri profilinin tamlığına, yenilənməsinə nəzarət işini icra edilməsi, daxili və xarici yoxlayıcılarla işlərinin icra edilməsi, Bankın proqram təminatlarının Bankın komplayens strateqiyasına və tələblərinə uyğunluğunun  yoxlanılmasını icra edilməsi, illik monitorinq planında nəzərdə tutulmuş və plandan kənar monitorinqlərin icra edilməsi, şübhəli və qeyri-adi əməliyyatların parametrlərini müəyyən etməklə mütəmadi yenilənməsi, əməliyyatların eyniləşdirilməsi və verifikasiyasının icra edilməsi və həmçinin icra olunmuş əməliyyatlar üzrə də belə faktların olub-olmamasını aşkarlamaq məqsədilə lazımı qaydada və müvafiq tezliklərdə davamlı monitorinqləri icra etmək üçün namizəd axtarırıq. 



Bizimlə işləməyin üstünlükləri

 

       Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.

       Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.

       Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

       Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

       Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

       Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

       Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.


Öhdəliklər

    - Müştəri profilinin tamlığına, yenilənməsinə nəzarət işini icra edir;

    - Bankın proqram təminatlarının komplayens tələblərinə uyğunluğunu icra edir;

    - Yüksək riskli müştərilərin hesab üzrə əməliyyatların yoxlanılmasını icra edir;

    - Departamentin daxili qayda və prosedurların hazırlanmasını və yenilənməsini icra edir;

    - Metodikaya uyğun monitorinqlər keçirməklə Bankın bütün fəaliyyət sahələri üzrə komplayens risklərini qiymətləndirir və rəhbərliyə məruzə edir;

    - İri həcmli, qeyri-adi əməliyyatlar, eləcə də açıq-aşkar iqtisadi və qanuni məqsədi olmayan bütün anlaşılmaz, riskli və ya qanunsuz, şübhəli daxili və beynəlxalq əməliyyatların araşdırılmasını icra edir; - Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;

    - Şübhəli və qeyri-adi əməliyyatların parametrlərini müəyyən etməklə mütəmadi yenilənməsi, əməliyyatların eyniləşdirilməsi və verifikasiyasının icra edilməsi və həmçinin icra olunmuş əməliyyatlar üzrə də belə faktların olub-olmamasını aşkarlamaq məqsədilə lazımı qaydada və müvafiq tezliklərdə davamlı monitorinqləri icra edir.

Tələblər

- Ali iqtisadi təhsil və ya ali hüqüq təhsil.

- Bankdaxili biznes prosesləri üzrə geniş təsəvvürə malik olma, bank sirri haqda qanun, müştəri məmnunluğu, etik davranış kodeksi, maraqlar münaqişəsi, və bu kimi bankdaxili reqlament sənədlərdən qaynaqlanan tələblərlə tanışlıq

- MS Word, MS Excell, aidiyyatı Bank PT-dan istifadə bacarığı.

- Dil bilikləri: Azərbaycan, İnglis və ya Rus dilləri

-     Analitik düşünmə qabiliyyət və iri həcmli məlumatlar ilə işləmə bacarığı

-  Məsuliyyətlilik, operativlik və dəqiqlik

- Komanda ilə işləmək bacarığı

Bənzər vakansiyalar

Kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin hüquqşünası

Bank haqqında:

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır. Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək  enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Rol haqqında:

Kapital Bankın problemli kreditlərin hüquqi təqibi departamentinin İcra orqanları ilə iş şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün bankı müvafiq orqanlarda təmsil edəcək,detallara qarşı diqqətli,ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

Bizimlə işləməyin üstünlükləri:

●       Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.

●       Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

●       Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

●       Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

●       Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

●       Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Bakı, Azərbaycan
19 Apr