Problemli kreditlərin ilkin təqibi departamentinin Təhlil və dəstək şöbəsinin Ilkin təqib və dəstək bölməsinin kiçik mütəxəssisi
Müraciət etÜmumi məlumat
Kapital
Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir.
Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın
ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart
məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın
aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona
yaxınlaşır. Məqsədimiz – müştərilərimizin həyatını daha rahat,
xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və
gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit
məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul
köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və
ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız
var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə
birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin
axtarışındayıq.
Rol
haqqında:
Bizimlə
işləməyin üstünlükləri:
● Biz
müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və
gözləntilərinə diqqət yetiririk.
● Rəqabətli
əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım
imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın
karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və
təlim proqramları təklif edirik.
● Çevik
iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat
və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi
geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Öhdəliklər
· Problemli kreditlərin ilkin təqibi departamentinin qaynar xəttinə daxil olan zənglərin cavablandırılması;
·
Yüksək riskli müştərilərin erkən mərhələdə
təqib olunması;
· Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində tədbirlərin görülməsi;
· Növbəti mərhələdə yığım həyata keçirəcək əməkdaşlara zəruri olacaq qeydlərin toplanması və ötürülməsi;
Tələblər
- Təhsil pilləsi: Orta və ya bakalavr dərəcəsi tələb olunur.
- Dil bacarıqları: Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.
- Digər səriştələr: Detallara qarşı diqqətli,təyziqə davamlı,ünsiyyət qabiliyyəti yüksək və komanda daxilində iş bacarığı mütləqdir.