Daxili Kommunikasiya üzrə Ekspert

Müraciət et

Ümumi məlumat

- Bank haqqında

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.

Məqsədimiz müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətləri və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsulları və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.

Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerji dolu və ambisiyalı şəxslərin axtarışındayıq.

- Rol haqqında

Daxili kommunikasiya kanalları ilə maraqlı, faydalı məlumatları və yenilikləri əməkdaşlarımızla bölüşmək məqsədilə komandamıza daxili kommunikasiya üzrə ekspert axtarırıq. Daxili kommunikasiya mətnlərinin tərtibi, həmçinin bankdaxili layihə və tədbirlərin təşkilini birlikdə edəcəyik.

Öhdəliklər

       Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;

       Daxili kommunikasiya kanallarının idarə edilməsi;

       Daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;

       Daxili korporativ intranet portalının idarə olunması;

       Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün görüşlər, fokus qrupların və s. keçirilməsi;

       Müxtəlif layihələr və tədbirlərin təşkili;

       Kreativ ideyaların təklif edilməsi.

Tələblər

       Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilirsiniz. Sizə müasir canlı dildə ünsiyyət qurmaq maraqlıdır.

       Sizdə üslub və yumor hissi var. Müasir həyatı yaxşı hiss edirsiniz və insanlarla ünsiyyətdən zövq alırsınız.

       Sizə yazmaq, redaktə və tərcümə etmək maraqlıdır, bunu başqalarına da öyrədə bilərsiniz.

       Kommunikasiya sahəsində işləmisiniz. 2 ildən artıq təcrübəniz var.

       Böyük ehtimalla siz filologiya,  marketinq, rabitə və ya reklam istiqaməti üzrə təhsil almısınız.

       Təşəbbüskarlıq, çeviklik, diqqətlilik kimi xarakterik xüsusiyyətlərə sahibsiniz. 

Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:

       CV yoxlanışı

       Müsahibə

Bizimlə işləməyin üstünlükləri

       Biz müştərilərimizə dəyər veririk və onların ehtiyacları, vərdişləri və gözləntilərinə diqqət yetiririk.

       Multikultural mühit: biz xarici həmkarlarımızın fikirləri və təcrübələrini qiymətləndiririk. Biz açıqlıq, inklüzivlik və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.

       Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

       Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

       Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

       Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

       Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

- Namizədlər üçün sosial media bağlantıları

Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.

https://bit.ly/3JfQX9T

https://hr.kapitalbank.az/home/allvacancies

Səviyyə
Aparıcı mütəxəssis / Baş mütəxəssis
Sahə
Marketinq
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
03 Dec
Yer
Bakı, Azərbaycan