İctimaiyyətlə Əlaqələr üzrə Ekspert
Müraciət etÜmumi məlumat
- Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
Biz sizi “İctimaiyyətlə Əlaqələr üzrə Ekspert” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edirik.
Öhdəliklər
- Fəaliyyətini ekspert mərkəzinin lideri və məhsul sahibi və
ya onları əvəz edən şəxslərin göstərişlərinə və iş bölgüsünə əsasən qurmaq;
- Layihələr üzrə sənədləşmənin, hesabatlılığın və büdcə nəzarətinin aparılması Bankın ictimaiyyətlə əlaqələr siyasətini hazırlamasında iştirak etmək;
- İctimaiyyətlə
əlaqələr üzrə korporativ standartları müəyyən edilməsində iştirak;
- İctimaiyyətlə
əlaqələr sistemini təkmilləşdirmək və inkişaf etdirmək;
- İctimaiyyətlə
əlaqələr üzrə tədbirlərin təşkilində dəstək olmaq;
- Korporativ tədbirlərin təşkilində iştirak etmək;
- İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
● CV yoxlanışı
● Müsahibə
● Yekun müsahibə
- Bizimlə işləməyin üstünlükləri
● Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.
● Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk.
● Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.
● Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.
● Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
Tələblər
- Ali
(bakalavr/magistr) təhsilli olmaq;
- İctimaiyyətlə Əlaqələr sahəsində
müəyyən biliklərə və minimum 3 illik iş təcrübəsinə malik olmaq;
- Azərbaycan
dilini mükəmməl, rus dilini və ingilis dillərini yaxşı səviyyədə bilmək;
- MS Office,
Exsel və İnternet resursları ilə işləmə bacarığı olmaq;
- Ünsiyyətqurma
bacarıqları:
- Vahid
komandada işləmək qabiliyyəti;
- Gərgin əmək
şəraitində işləmək qabiliyyəti;
- Məsuliyyətli,
diqqətli olmaq;
- İnsanlarla
işləmək bacarığı.