- Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi - "Mikro Tribe"
Müraciət etÜmumi məlumat
-Məhsul Sahibi, Müştəri Dəyərlərinin idarə edilməsi /Agile.
- Bank haqqında
Kapital Bank ölkənin ən böyük bankı olmaqla sistem əhəmiyyətli
banklardan biridir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan
istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək
istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi
və sahibkarlar üçün təqdim etdiyi Birbank Biznes tətbiqi var.
Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Müştərilərimiz bizneslərinin inkişafı və fərdi istehlak məqsədi ilə kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişlərini faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərlərlər.
Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.
- Rol haqqında
Mikro biznes seqmenti üzrə müştərilərin davranışlarının təhlil edilməsi, onlarla dayanıqlı, uzun müddətli münasibətlərin qurulmasını təmin edir. Fərdi təkliflər və çarpaz satış üçün məhsulların inkişaf etdirir.
Bu rol müştəri təcrübəsini
artırmaq, əməliyyatları sadələşdirmək və onun böyüməsinə təkan vermək üçün rəqəmsal
texnologiyalardan istifadə edəcək.
Öhdəliklər
Mikro biznes seqmenti üçün kredit və qeyri kredit məhsulları
ilə bağlı təkliflərin verilməsi:
●
Məlumat axınının modelləşdirilməsi, iş axınının təhlili
kimi standart analiz üsullarından istifadə edərək tələbləri dəqiq müəyyənləşdirmək.
●
Əldə edilmiş datalara əsaslanaraq Mikro biznes
seqmenti üçün ənəvi və rəqəmsal kanallar vasitəsi ilə fərdiləşdirilmiş kredit təkliflərin
hazırlanması və inkişafına rəhbərlik etmək.
● Əldə
edilmiş datalara əsaslanaraq Mikro biznes seqmenti üçün qeyri kredit məhsulları
ilə bağlı fərdi və qrup təkliflərin hazırlanması və inkişafına rəhbərlik etmək.
● Ənənəvi
və rəqəmsal kanallarla həlləri təqdim etmək üçün tərtibatçılar, dizaynerlər və
məlumat analitikləri daxil olmaqla, çarpaz funksional komandalarla əməkdaşlıq etmək.
● Bazar
araşdırması, müştəri rəyi və biznes məqsədləri əsasında məhsul xüsusiyyətlərini
və təkmilləşdirmələrini müəyyənləşdirmək və prioritetləşdirmək.
Kampaniyaların dizayn edilməsi:
● Mikrobiznes
seqmentinin bankla münasibətdə aktivliyinin qorunub saxlanılması və artırılması
üçün kampaniyalarla bağlı təkliflərin verilməsi.
İstifadəçi Təcrübəsi və Marketinq:
● Təcrübəni
təkmilləşdirən istifadəçi dostu rəqəmsal interfeyslər yaratmaq üçün UX
dizaynerləri ilə əməkdaşlıq etmək.
● Onlayn
kanallar vasitəsilə rəqəmsal kredit məhsullarını tanıtmaq və hədəf auditoriyasına
çatmaq üçün marketinq qrupları ilə işləmək.
Çarpaz Funksional Əməkdaşlıq:
● Problemsiz
və inteqrasiya olunmuş kreditləşmə prosesini təmin etmək üçün müxtəlif
komandalarla effektiv ünsiyyəti və əməkdaşlığı gücləndirmək.
● Rəy
və fikirləri toplamaq, onları məhsulun inkişafı və təkmilləşdirmə planlarına
daxil etmək üçün maraqlı tərəflərlə əlaqə saxlamaq.
Agile İnkişaf:
● Çeviklik
və müştəri ehtiyaclarına cavab verməyi təmin edərək məhsulun inkişafı və təkmilləşdirmə
proseslərində Agile metodologiyalarını tətbiq etmək.
Tələblər
Tələb olunan bacarıq və təcrübə:
● Namizəd
Ali təhsilə malik olmalıdır. Maliyyə və Biznes sahəsində bakalavr və/və ya
magistr dərəcəsinə malik olanlara üstünlük verilir.
● Ən
azı 3 il bank təcrübəsi olmalıdır. Biznes kreditləri üzrə məhsulların
yaradılması sahəsində təcrübəsi olanlara üstünlük verilir.
● Məlumat
analitikası alətlərindən istifadə etmək və kreditlə bağlı rəqəmsal
texnologiyalar haqqında biliklərə və ya təcrübəyə malik olmalıdır.
● Yüksək
inkişaf etmiş ünsiyyət qurma bacarıqlarına malik olmalıdır. Çapraz funksional
komandalar, maraqlı tərəflər və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq edə
bilməldir.
● Məcburi
olmasa da, bank sektorunda biznes kreditlərinin verilməsi və ya hesablar üzrə
xidmətin göstərilməsi prosesləri ilə bağlı təcrübənin olması üstünük hesab
olunur.
● Xarici
dillərdən İngilis və ya Rus dilində sərbəst ünsiyyət qura bilməlidir.
- İşə qəbul prosesi
Seçim prosesi aşağıdakı əsas mərhələlərdə həyata keçir:
● CV
yoxlanışı
● Müsahibə
● Yekun
müsahibə
- Bizimlə işləməyin üstünlükləri
● Biz
müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə
diqqət yetiririk.
● Multikultural
mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk.
Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər
veririk.
● Rəqabətli
əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.
● Artım
imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın
karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim
proqramları təklif edirik.
● Çevik
iş formatı: məsafədən və ofis işinin kombinasiyası.
● Qeyri-rəsmi
geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.
- Namizədlər
üçün sosial media bağlantıları
Şirkət, mədəniyyət, dəyərlər, gündəlik iş və atmosfer haqqında daha çox öyrənə biləcəyiniz yer.