Bakı filialları üzrə Kiçik əməliyyatçı-kassir

Müraciət et

Ümumi məlumat

Kapital Bank namizədləri Xidmət bölməsində Kiçik əməliyyat-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Müştərilərə xidmət; • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı; • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu; • Ödəniş kartları üzrə əməliyyatların aparılması; • Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək; • Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq; • Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.

Tələblər

• Ali təhsil; • Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti; • Azərbaycan, İngilis və Rus dillərində sərbəst danışmaq bacarığı ; • MS Office (Word, Excel) proqramları üzrə biliklər; • Gərgin iş qrafikində işləmək bacarığı; • Əla ünsiyyət bacarıqları; • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
Səviyyə
Kiçik mütəxəssis / Mütəxəssis
Sahə
Müştəri xidmətləri
Məşğulluq Növü
Tam iş günü
Son müraciət tarixi
20 Dec
Yer
Bakı şəhəri