Sahə
İnformasiya Texnologiyaları
Məşğulluq Növü
Tam iş günü
İş imkanı
Ofis işi
Son müraciət tarixi
29 Feb
Yer
Bakı, Azərbaycan
Müraciət et

Ümumi məlumat

Bank haqqında:

Kapital Bank ölkənin ən böyük bankıdır və bütün bazar üçün standartları müəyyən edir. Hər gün 6 milyon müştəri bizə güvənərək məhsullarımızdan istifadə edir. Bankın ölkə üzrə 140-a yaxın xidmət nöqtəsi, hər kəsin sevərək istifadə etdiyi kart məhsulları, ölkənin ilk rəqəmsal bankı olan Birbank tətbiqi var. Birbank-ın aktiv istifadəçilərinin sayı isə bu gün artıq 4 milyona yaxınlaşır. Məqsədimiz – müştərilərimizin həyatını daha rahat, xoş və komfortlu hala gətirməkdir. Bunun üçün ən uyğun bank xidmətlərindən və gəlirli maliyyə məhsullarından ibarət ekosistem qururuq. Artıq siz kredit məhsullarını və kartları onlayn əldə edə, ölkədaxili, eləcə də ölkəxarici pul köçürmələri apara, alış-verişinizi faizsiz olaraq aylara bölə və ödənişlərinizdən keşbek qazana bilərsiniz. Gələcək üçün böyük planlarımız var və biz məhz bu planları reallaşdıraraq ölkəmizin gündəlik həyatını bizimlə birgə müsbətə doğru dəyişə biləcək  enerjidolu və ambisiyalı şəxslərin axtarışındayıq.

Rol haqqında:

Kapital Bankın problemli kreditlərin ilkin təqibi departamentinin təhlil və dəstək şöbəsinin ilkin təqib və dəstək bölməsinin fəaliyyətinin təkminləşməsi üçün detallara qarşı diqqətli,ünsiyyət bacarığları yüksək olan namizəd axtarırıq. Müştərilərimizə yüksək səviyyədə xidmət göstərmək əsas məqsədimizdir.

Bizimlə işləməyin üstünlükləri:

●       Biz müştərilərimizə dəyər veririk və onların ehtiyaclarına, vərdişlərinə və gözləntilərinə diqqət yetiririk.

●       Rəqabətli əmək haqqı: Rəqabətli əmək haqqı, tibbi sığorta və illik performans mükafatı.

●       Artım imkanları: Biz işçilərimizin peşəkar inkişafına sərmayə qoyuruq və aydın karyera yolları, şəxsi inkişaf planları və geniş çeşiddə onlayn kurslar və təlim proqramları təklif edirik.

●       Çevik iş formatı: məsafədən və ofis işinin kombinasiyası.

●       Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var.

●       Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin.

Öhdəliklər

              Bankın şəbəkə infrastrukturunun sazlanması və idarə olunması;

    ·       Bankın şəbəkə infrastruktunun təhlükəsizliyinin təmin olunması;

    ·       Bankın şəbəkə infrastrukturunun sənədləşdirilməsi və mütəmadi yenilənməsi;

    ·       Bankın şəbəkə infrastrukturunun monitorinqi və nəzarət olunması;

    ·       Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparılması;

    ·       Şəbəkə infrastrukturunda mövcud olan problemlərin aradan qaldırılmasında iştirak edilməsi və s.

Tələblər

      Ali təhsil;

·       Şəbəkələrin idarə olunması sahəsində ən azı 3 illik iş təcrübəsi;

·       IS-IS, OSPF və BGP protokollarının sazlanması və idarə olunması;

·       VPN texnologiyaları ilə iş bacarığı (DMVPN, İPSec, RA VPN);

·       Firewallarla iş təcrübəsi (Palo Alto);

·       Cisco İSE ilə iş təcrübəsi;

·       Wireless şəbəkəsi ilə iş təcrübəsi (Cisco WLC, HP WLC);

·       Müxtəlif istehsalçıların şəbəkə avadanlıqları ilə işləmək qabiliyyəti;

·       CCNA Security, CCNP R/S sertifikatı və ya ekvivalent biliyin olması mütləqdir;

·       PCNSA sertifikatı və ya ekvivalent biliyin olması arzu olunandır;

SD-WAN və SDA biliklərinin olmağı arzu olunandır.

Bənzər vakansiyalar

IT Business Analyst

“Kapital Bank” ASC namizədləri “Proseslər üzrə ekspert” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.

Caspian Plaza
11 May
Ətraflı

IOS Developer

The Kapital Bank invites candidates to apply for the position of  IOS Developer for Agile team.

Caspian Plaza
17 May
Ətraflı

Senior Site Reliability Engineer (SRE)

As a Senior Site Reliability Engineer (SRE) at Kapital Bank, you will play a pivotal role in ensuring the reliability, scalability, and performance of our systems. You will work closely with cross-functional teams to design, build, and maintain highly available distributed systems that power our platform.

Caspian Plaza
30 Mar
Ətraflı

Senior Backend developer - Payments and Processing Tribes

“Kapital Bank” ASC namizədləri  “Backend Developer ” vakansiyasına müraciət etməklə “Agile” komandasına dəvət edir.
Bakı şəhəri
15 Mar
Ətraflı